Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Erməni vandalizminə məruz qalan təbiətimiz” mövzusunda  dəyirmi masa keçirilib

10.01.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№ - li kitabxana filialı 11 yanvar - Dünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar “Erməni vandalizminə məruz qalan təbiətimiz” mövzusunda  dəyirmi masa keçirib. 
Tədbirdə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi 3 saylı Gəncə Peşə Liseyinin müəllim və Turizm təşkili ixtisasının tələbələri iştirak ediblər.
Tədbiri açıq elan edən böyük kitabxanaçı Mirvari Cəfərova qeyd edib ki, 11 yanvar - Dünya Qoruqlar və Milli Parklar Günüdür. Bu tarixin xüsusi mühafizə olunan təbiət ərazilərinə həsr edilməsi təsadüfi deyil. Belə ki, 1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. Həmin təqvim Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən qeyd olunur.  Zəngin təbiətə malik Azərbaycanın 30 ilə yaxın bir müddətdə işğalda olan torpaqlarında  ermənilər  vandalizm aktları törədib, bütün tarixi abidələri, məscidləri dağıdıb, meşələri kəsib, qırıb, yandırıblar. Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində həmin torpaqlarda olan böyük əhəmiyyətə malik xüsusi mühafizə olunan təbiət ərazilərində - Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir təbiət nümunələri işğalçı ordunun tapdağına məruz qalaraq məhv edilib.
Tədbirdə 3 saylı Gəncə Peşə Liseyinin müəllimi Mehri İbrahimova “Düşmənin təbiətimizə vurduğu yaralar”, Turizm təşkili ixtisasının tələbələri İlahə İsmayılova “Ermənistanın Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə yönələn cinayət əməlləri ümumilikdə bəşəriyyətə qarşı soyqırımıdır”, Haqverdi Əhmədov  “30 illik işğal dövründə Azərbaycan əraziləri vandalizmə məruz qalıb" mövzularında çıxışlar  ediblər.
Tədbir boyu iştirakçılar mövzu ilə bağlı öz fikirlərini bildiriblər və onları  maraqlandıran suallar cavablandırılıb.

 

168.6 KB